Vizyon Fərdi İnkişaf Mərkəzi alternativ təhsil modeli ortaya qoyan tədris mərkəzidir. Mərkəz 2017-2018-ci təhsil ilində fəaliyyətə başlamışdır. Tədris müəssisəsinin əsas məqsədi potensiallı gənclərin kəşf edilməsi, təhsil sisteminin inkişafında dövlətə dəstək olmaq, vətənini, millətini sevən və milli mənəvi dəyərlərinə sahib çıxacaq yeni nəslin yetişdirilməsidir. Təhsil strategiyamızda əsas prioritet məsələ məktəblilər və gənclər arasında ehtiyacı olan informasiyanı əldə etmə, hərtərəfli analiz etmə, doğru anlama, qərar qəbul etmə kimi bacarıqlarının formalaşdırılması və bu bacarıqların həyatda maksimum tətbiq edilməsi üçün onlara dəstək olmaqdır.
Back to Top